Messinin imzaladığı forma Bakıda 20 minə satılır
15 mart 2024 13:38 (UTC +04:00)

Messinin imzaladığı forma Bakıda 20 minə satılır

Lionel Messinin PSJ klubuna aid forması Azərbaycanda satışa çıxarılıb.

Lent.az xəbər verir ki, bu barədə elan saytlarından birində məlumat paylaşılıb. Məlumata əsasən, köynək Fransada PSJ klubunun mağazasından alınıb. Formaya ulduz futbolçu Lionel Messi özü imza çəkib.

Əsas məsələ isə köynəyə qoyulan qiymətdir. Belə ki, forma nə az, nə çox 20 min manata təklif olunur. Məhsul hazırda Bakı şəhərindədir.

# 3417
avatar

Oxşar yazılar