Vladimir vilayətinin Yuryev-Polski rayonunun kəndlərindən bir nəfər göbələk üçün meşəyə gedib və meşədə milyonlarla rubl tapıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, göbələk toplayan kişi meşədə gəzərkən, içərisində pul olduğu ortaya çıxan bir neçə kisə tapıb. Eyni zamanda, əskinaslar tapıkan kisələrin yanında geniş əraziyə də səpələnmiş olub.
Diqqətlə araşdırandan sonra məlum olub ki, bu, sovet pullarıdır. Bir çox əskinaslar yaxşı vəziyyətdə saxlanılıb, lakin bəziləri artıq çürüyüb.
Mənbənin sözlərinə görə, sovet valyutası ləğv edildikdən sonra bu meşəyə lazımsız əskinaslar gətirilə bilərdi.