Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva yeni vəzifəyə təyin edilib.
Lent.az xəbər verir ki, o, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavini vəzifəsinə təyin olunub. Mehriban Vəliyeva eyni zamanda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinin səlahiyyətlərini icra edəcək.