Maşınların arxa şüşəsinə şüar yazmaq qanunsuzdur? - CAVAB
29 iyul 2021 15:26 (UTC +04:00)

Maşınların arxa şüşəsinə şüar yazmaq qanunsuzdur? - CAVAB

Lent.az-ın "Bir sual, bir cavab" rubrikasında növbəti mövzu nəqliyyat vasitələrinin arxa şüşələrinə müxtəlif məzmunlu şüarların yazılması ilə bağlıdır. 

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYP) Lent.az-a verilən məlumata görə, nəqliyyat vasitələrinin arxa şüşələrində əks etdirilən bu cür faktlar avtomobillərin estetik görünüşünə xələl gətirməklə, insanlar arasında pis fikirlər formalaşdırmaqla yanaşı, hərəkətdə olan avtomobil sürücülərinin istər-istəməz marağını kəsb edir, fotolara baxmağa, yazılanları oxumağa çalışırlar ki, bu səbəbdən diqqətləri yoldan yayınır və nəticədə qarşıdakı nəqliyyat vasitəsinə, piyadaya və ya hər hansı maneəyə toxunaraq qəza törədirlər. 

DYP bu kimi halların qarşısının alınması məqsədilə avtomobil sahiblərinə və sürücülərə müraciət edərək nəqliyyat vasitələrində əgər bu cür yazılar, fotolar varsa, onların çıxarılmasını xahiş edir və bildirir ki, belə nəqliyyat vasitələri dayandırılaraq müvafiq tədbirlər görüləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3849
avatar

Oxşar yazılar