Marketlərdə qiymət oyunu:  Vitrində 1 manat, kassada 4
23 may 2025 17:19 (UTC +04:00)

Marketlərdə qiymət oyunu: Vitrində 1 manat, kassada 4

Vitrində qiyməti 1 manat yazılan məhsulu kassada 4 manat hesabladılar.

Lent.az-a şikayət ünvanlayan Bakı sakini bildirib ki, o, marketlərdən birindən alış-veriş etdiyi zaman kassada qiymətin vitrindəkindən dəfələrlə yüksək hesablandığını görüb.

“Bildirəndə ki, “axı vitrində başqa qiymət yazılmışdı”, dedilər, “biz nə edək?”, “ya al, ya da get”,“endirimin vaxtı 1 saat əvvəl bitib.  

Endirim bitibsə, qiymətləri yeniləyin desəm də, bir işə yaramadı. Məcbur əlimi, qolumu yanıma salıb, marketdən çıxdım”,-deyə şikayətçi qeyd edib. 

Bu kimi hallarla ömrümüzdə ən az 1 dəfə də olsa, qarşılaşmışıq. Bəzən utanıb, üz vurmadan məhsulu alıb getsək də, ürəyimizdə “axı vitrində daha ucuz idi, niyə kassada başqa məbləğ aldılar məndən” demişik...

Bəs bu halda bizim hüquqlarımız nələrdir? Məhsulu vitrində gördüyümüz qiymətə ala bilərikmi? 

Lent.az-a Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilib ki, vitrin yaxud piştaxtada yazılan qiymətə uyğun istehlakçılarla hesablaşmalar aparılmalıdır:

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, satıcı istehlakçını maraqlandıran malın, işin, xidmətin qiyməti barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın tələblərinə əsasən, satışda olan bütün malların üzərində malın adı, növü və qiyməti göstərilməklə, dəqiq tərtib edilmiş qiymət kağızı olmalıdır. Malın adı, çəkisi və növü qablaşdırmada göstərilərsə, qiymət yarlığında ancaq mal vahidinin dəyəri qeyd olunmalıdır.

Məhsulun satış qiyməti məhz üzərində (piştaxta və ya vitrinlərdə) göstərilən qiymət olduğundan istehlakçılarla hesablaşmalar həmin qiymətə uyğun aparılmalıdır. Ödəniş edərkən istehlakçıdan məhsulun üzərində göstərilən qiymətdən fərqli qiymətlə ödənişin tələb edilməsi istehlakçıların hüquqlarının pozulması, yəni malın hesabına dair istehlakçıların aldadılması hesab olunur.

İstehlakçı məhsul alarkən vitrinlə kassa qiymətləri arasındakı fərqlə qarşılaşdığı zaman mağaza rəhbərliyinə müraciət edə və məhsulun vitrində göstərilən qiymətlə satılmasını tələb edə bilər. 

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində istehlakçıların malın hesabına dair aldadılmasına görə məsuliyyət nəzərdə tutulub. 

İstehlakçılar malların üzərində göstərilən qiymətdən fərqli qiymətə satılması halları ilə rastlaşdıqda elektron poçt ([email protected]) və ya rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) vasitəsilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edə bilərlər".

Görürən odur ki, qanun da istehlakçı tərəfdədir. Buna görə də, eyni yaxud bənzər hallarla rastlaşdıqda hüquqlarınızı tələb etməyi unutmayın. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 882

Oxşar yazılar

Bu marşrutların hərəkət sxemi dəyişdirilir

Bu marşrutların hərəkət sxemi dəyişdirilir

23 may 2025 , 20:55
Pensiya yaşı 70-ə qaldırılır

Pensiya yaşı 70-ə qaldırılır

23 may 2025 , 19:46
Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

23 may 2025 , 18:43
Həftə sonu 3 BÜRC üçün kabus kimi  olacaq

Həftə sonu 3 BÜRC üçün kabus kimi olacaq

23 may 2025 , 18:29
Mağazadan aldığımız  ən təhlükəli çörək növü

Mağazadan aldığımız ən təhlükəli çörək növü

23 may 2025 , 18:15
Küləklə bağlı XƏBƏRDARLIQ

Küləklə bağlı XƏBƏRDARLIQ

23 may 2025 , 16:59
Leysan  yağacaq, sel  gələcək - XƏBƏRDARLIQ

Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ

23 may 2025 , 16:47
Bakıda iki küçə BAĞLANIR

Bakıda iki küçə BAĞLANIR

23 may 2025 , 16:26