Maqnit qasırğası  XƏBƏRDARLIĞI
28 iyun 2024 17:28 (UTC +04:00)

Maqnit qasırğası XƏBƏRDARLIĞI

Hazırda Günəş aktivliyi aşağı səviyyədədir, bir neçə oblastda Yerə demək olar ki, təsiri olmayan C sinif alışmalar olub. Günəşin diskinin cənub-qərb kənarında 27 iyun tarixində tac kütlə atılması müşahidə olunub. İyulun 1-də gecə saatlarında bunun Yerə zəif təsiri proqnozlaşdırılır.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından Lent.az-a verilən məlumata görə, geomaqnit sahə ümumiyyətlə sakit səviyyədə olacaq, iyunun 28-29-da qeyri-stabil hala keçəcək, iyunun 30-dan sakit səviyyəyə qayıdacaq. 

Geomaqnit aktivliyi göstərən Kp əmsalı 29 iyun tarixində sübh saatlarıda 3-4,8 intervalında dəyişəcək, saat 10.00-dan sonra isə 1,5-2,5 intervalında stabilləşəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3030
avatar

Arzu Qurbanlı

Oxşar yazılar