Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
08 avqust 2024 09:16 (UTC +04:00)

Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Avqustun 8-i saat 8:30-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub.

Düşən yağıntının miqdarı Qaxda 21 mm, Gədəbəydə 12 mm, Şəkidə 9 mm, Daşkəsən, Göygöldə 6 mm, Tərtər, Gəncə, Ağdam, Şəmkir, Qrız, Şahdağ, Bərdə, Goranboy, Naftalanda 2 mm-dək olub.

Əvvəlcədən verildiyi kimi, şimal-qərb küləyi arabir narıncı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında 25 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Tərtərdə 20 m/s-dək güclənib.

Neft daşları stansıyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4.2 metrə çatıb.

Qrız, Şahdağda duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR və Aran rayonlarında 39, dağlıq rayonlarda isə 28 dərəcəyədək isti olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 636
avatar

Oxşar yazılar

Kamran Əliyev bu rayonda vətəndaşları qəbul edəcək

Kamran Əliyev bu rayonda vətəndaşları qəbul edəcək

8 avqust 2024 , 11:02
Bakının 2 rayonu qazsız qalacaq

Bakının 2 rayonu qazsız qalacaq

8 avqust 2024 , 09:57
Laçın bu gün qazsız  qalacaq

Laçın bu gün qazsız qalacaq

8 avqust 2024 , 09:24
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

8 avqust 2024 , 08:20
Klinikada 4 gündə 17 xəstə öldü - İki həkim saxlanıldı

Klinikada 4 gündə 17 xəstə öldü - İki həkim saxlanıldı

8 avqust 2024 , 02:11
Avqustda inanılmaz dərəcədə zənginləşəcək  BÜRCLƏR

Avqustda inanılmaz dərəcədə zənginləşəcək BÜRCLƏR

8 avqust 2024 , 00:02
Azərbaycanda yeni şura  yaradıldı

Azərbaycanda yeni şura yaradıldı

7 avqust 2024 , 13:40
Leysan yağacaq, dolu düşəcək - Sabahın HAVASI

Leysan yağacaq, dolu düşəcək - Sabahın HAVASI

7 avqust 2024 , 12:45