Laçının daha 65 sakini doğma yurda qayıtdı-YENİLƏNİB
16 avqust 2023 06:51 (UTC +04:00)

Laçının daha 65 sakini doğma yurda qayıtdı-YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. 

Lent.az xəbər verir ki, avqustun 16-da növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 18 ailə - 65 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Daha da gözəlləşən və abadlaşan Laçın şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Laçın şəhərində 221 ailə, yəni 858 nəfərin daimi məskunlaşması təmin edilib.
 

***

06.39

Daha 18 ailə (65 nəfər) Laçına yola salınır.

Lent.az APA-ya istinadla xəbər verir ki, bu gün növbəti köç karvanı Lökbatanda məcburi köçkünlər üçün salınmış “Qobu park 3” yaşayış kompleksindən yola düşür.

Qeyd edək ki, bugünkü köç də nəzərə alınmaqla, indiyədək Laçında 221 ailə, yəni 858 nəfərin daimi məskunlaşması təmin edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3396
avatar

Oxşar yazılar