Müşahidə olunan küləkli hava şəraiti haqqında məlumat yayılıb.
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki, əvvəlcədən xəbər verildiyi kimi, mayın 27-də gözlənilən küləkli hava şəraiti haqqında Bakıda və Abşeron yarımadası üçün orta riskli sarı xəbərdarlıq verilib.
Saat 12:00-a olan məlumata əsasən öncədən verilən sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti arabir 19 m/s-yə çatıb.
Müşahidə olunan küləkli hava şəraiti gün ərzində davam edəcək.