Dünyada 233 558 660 nəfərdə koronavirus aşkarlanıb.
Lent.az xəbər verir ki, bu haqda Worldometerin statistikasında qeyd olunur.
Virusdan 4 778 872 xəstə ölüb, 210 386 345 nəfər sağalıb. Virusa yoluxma sayına görə, ilk beşlikdə olan dövlətlər ABŞ (44 054 825 nəfər), Hindistan (33 716 451 nəfər), Braziliya (21 381 790 nəfər), Böyük Britaniya (7 736 235 nəfər) və Rusiyadır (7 464 708 nəfər).
Türkiyədə 7 095 580, İranda 5 559 691, Gürcüstanda 609 340, Ermənistanda isə 259 779 nəfərdə koronavirus aşkar edilib.
Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiya (205 531 nəfər), İran (119 888 nəfər) və Türkiyədə (63 611 nəfər) qeydə alınıb.
Azərbaycanda koronavirusa yoluxan 481 401 nəfərin 6 476-sı ölüb, 452 968 xəstə sağalıb.