Koronavirusa yoluxma ilə bağlı  SON STATİSTİKA
12 oktyabr 2022 16:31 (UTC +04:00)

Koronavirusa yoluxma ilə bağlı SON STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 68 yeni yoluxma faktı qeydə alınıb, 129 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 822 346 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 811 950 nəfər müalicə olunaraq sağalıb, 9 931 nəfər vəfat edib, aktiv xəstə sayı 465 nəfərdir.

Ölkədə son sutka ərzində 2 518, hazırkı dövrədək isə 7 280 330 test aparılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2241
avatar

Oxşar yazılar