Koronavirusa nə qədər yoluxma oldu? - SON STATİSTİKA
22 may 2022 16:41 (UTC +04:00)

Koronavirusa nə qədər yoluxma oldu? - SON STATİSTİKA

Azərbaycanda koronavirusa 4 yeni yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 712 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 957 nəfər müalicə olunaraq sağalıb, 9 710 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 45 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 510, bu günə qədər isə ümumilikdə 6 872 506 test icra olunub.

 

# 1953
avatar

Oxşar yazılar