Koronavirus daha 3 nəfəri öldürdü -  SON STATİSTİKA
18 oktyabr 2022 16:33 (UTC +04:00)

Koronavirus daha 3 nəfəri öldürdü - SON STATİSTİKA

0

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 69 yeni yoluxma faktı qeydə alınıb, 92 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 822 686 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 812 339 nəfər müalicə olunaraq sağalıb, 9 935 nəfər vəfat edib, aktiv xəstə sayı 412 nəfərdir.

Ölkədə son sutka ərzində 2 780, hazırkı dövrədək isə 7 293 381 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2261

Oxşar yazılar