Kimlərə göy soğan yemək olmaz? - CAVAB
10 may 2022 19:44 (UTC +04:00)

Kimlərə göy soğan yemək olmaz? - CAVAB

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bu günə olan mövzusu gündəlik süfrəmizdə istifadə edilən yaşıl soğanla bağlıdır.

Yaşıl soğan antibakterial təsir göstərir, ona görə də o, ağız boşluğu iltihabı götürür, bakteriyaları öldürür, karies, stomatit riskini azaldır. Yaşıl soğan kaliy, sink, kalsiumla zəngindir. Bundan başqa onda A, B, C vitaminləri var. Sink tərkibinə görə o, təbii antibiotik rolunu oynaya bilər. Eləcə də görməni yaxşılaşdırır.

Maraqlıdır bəs, yaşıl soğanı kimlər yeyə bilməz?

Rubrikamızın bu sualnı həkim-dietoloq Nataliya Qerasimova cavablandırıb.

Onun sözlərinə görə, yaşıl soğan mədə yarası olan üçün zərərli ola bilər:

"Rasionda müntəzəm yaşıl soğanın olması immun sistemi yaxşılaşdırır, sinir sistemini sakitləşdiri. Yaşıl soğan dişlərin vaxtından əvvəl çürüməsinin qarşısını alır. Lakin bu tərəvəz ciddi mədə yarası olanlar üçün zərərli ola bilər".

# 5775
avatar

Fidan İlqar

Oxşar yazılar