Kamran Əliyevdən yeni TƏYİNAT
01 avqust 2024 12:33 (UTC +04:00)

Kamran Əliyevdən yeni TƏYİNAT

Baş Prokurorluqda yeni kadr təyinatı olub.

Baş prokurorluğun mətbuat xidmətindən Lent.az-ın sorğusuna bildirilib ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Selcan Familzadə Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Selcan Familzadə 2016-cı ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunub. O, əvvəllər Ağsu rayon prokurorunun köməkçisi və Baş Prokurorluğun İstintaq idarəsinin böyük prokuroru vəzifələrində işləyib.

Prokurorluq orqanlarında gender bərabərliyi nəzərə alınmaqla gənc, peşəkar və savadlı kadrların komplektləşdirilməsi bundan sonra da həyata keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1401
avatar

Oxşar yazılar