Jurnlalist Məzahir Süleymanzadə DƏFN OLUNDU   - FOTO  - YENİLƏNİB
11 may 2022 17:25 (UTC +04:00)

Jurnlalist Məzahir Süleymanzadə DƏFN OLUNDU - FOTO - YENİLƏNİB

 

Bu gün vəfat edən tanınmış jurnlalist Məzahir Süleymanzadə son mənzilə yola salınıb. 

Lent.az xəbər verir ki, M.Süleymanzadə Mərdəkanda, ailə qəbiristanlığında torpağa tapşırılıb. 

Allah rəhmət eləsin! 

***

saat 09:59

AFFA və “Neftçi”nin keçmiş mətbuat xidmətinin rəhbəri Məzahir Süleymanzadə vəfat edib.

Apasport.az xəbər verir ki, bu barədə məlumatı mərhumun qardaşı Tahir Süleymanov yayıb.

Fəxri bədən tərbiyəsi və idman xadimi 70 yaşında dünyasını dəyişib.

1989-cu ildə müstəqil Azərbaycan mətbuatının ilklərindən sayılan “Səhər” qəzetini təsis edən Məzahir Süleymanzadə 1984-1994-cü illərdə “Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Mirzə Cəlil”, “Araz” mükafatına layiq görülüb, 1989-cu ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub. O, 2005-ci ildə Azərbaycan Prezidentinin fərmanı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

# 6246
avatar

Oxşar yazılar