Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən daha bir hərbçisinin şəhid olduğu məlum olub.
Lent.az-ın xəbərinə görə, ötən il noyabrın 2-də Şuşa uğrunda gedən döyüşlərdə itkin düşdüyü bildirilən Hacıqabul rayonu Muğan qəsəbəsinin sakini Kərimli Qalası Müslüm oğlunun nəşi tapılıb.
Hacıqabul rayon İcra Hakimiyyətinin Muğan qəsəbəsi üzrə icra nümayəndəsi Faiq Nəzərov APA-ya açıqlamasında məlumatı təsdiq edib. Bildirib ki, Q. Kərimlinin nəşi sabah gətirilərək dəfn olunacaq.
Qeyd edək ki, Kərimli Qalası Müslüm oğlu Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif edilib.