İtaliyaya elə  dolu yağdı ki...   Avropada REKORD oldu 
26 iyul 2023 18:17 (UTC +04:00)

İtaliyaya elə dolu yağdı ki... Avropada REKORD oldu 

İtaliyanın Azzano Decimo şəhərində diametri 19 santimetr olan dolu tapılıb - belə dolu Avropada indiyədək yağan doluların ən böyüyü hesab olunur. 

Lent.az xarici mediaya istinadən bildirir ki, bu barədə “Facebook”da fırtına hadisələrinin Avropa məlumat bazası məlumat yayıb.

“Cəmi beş gün ərzində dolunun ölçüsünə görə Avropa rekordu yenidən qırıldı, İtaliyaya dolunun 19 santimetr düşməsi təsdiqləndi”, - məlumatda bildirilir.

Bundan əvvəlki rekord - diametri 16 santimetr olan dolu iyulun 19-da Karminyaano-di-Brenta bələdiyyəsinə düşüb.

İtaliyanın müxtəlif bölgələrində güclü istidən dağıdıcı yağışlara qədər ekstremal hava şəraiti müşahidə olunur. İstilər səbəbilə həftəsonu ölkənin 15 şəhərində “qırmızı” həyəcan siqnalı verilib.

Xatırladaq ki, ötən gün İtaliyanın şimal-şərqindəki Venetoda güclü dolu yağması ilə ekstremal hava şəraiti davam edib. 110 yaralının olduğu bildirilir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2175
avatar

Oxşar yazılar