Avqust ayının ortalarınadək ölkə ərazisində isti hava şəraiti davam edəcək.
Lent.az-ın xəbərinə görə, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
O bildirib ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35-40, bəzi yerlərdə 41-42 dərəcə, bölgələrdə 37-41, Naxçıvan Muxtar Respublikası və Mərkəzi Aran rayonlarının bəzi yerlərində 42-44 dərəcə, dağlıq ərazilərdə isə 29-34 dərəcəyədək isti olacağı gözlənilir.