İşğaldan azad edilmiş ərazilərdə məzar yerləri aşkarlanarsa...
02 avqust 2021 17:06 (UTC +04:00)

İşğaldan azad edilmiş ərazilərdə məzar yerləri aşkarlanarsa...

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə işğalçı Ermənistan ordusu üzərində əldə edilmiş tarixi zəfər nəticəsində müqəddəs Vətən torpaqlarının azad edilməsi bütün sahələr üzrə yeni situasiya yaradıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə hazırda işğaldan azad edilmiş ərazilərdə minalardan təmizləmə, infrastrukturun bərpası və tikinti-quruculuq işləri aparılır. 

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında toplanmış məlumatlara, o cümlədən şahid ifadələrinə əsasən, birinci Qarabağ Müharibəsi zamanı yaşayış məntəqələri işğal edilərkən Ermənistan ordusu və terrorçu-quldur dəstələri tərəfindən qətlə yetirilmiş Azərbaycan vətəndaşları həmin ərazilərdə dəfn edilib.

İşğaldan azad olunmuş ərazilərdə görülən müvafiq işlər zamanı aşkar edilmiş naməlum məzar yerlərində ekshumasiyanın qeyri-peşəkar şəxslər tərəfindən aparılması və meyit qalıqları ilə ehtiyatsız davranış onların müxtəlif zədələr almasına, qarışmasına, məlumat və sübutların, həmçinin artefaktların itməsinə səbəb ola bilər. Bu cür hallara yol verilməsi isə sonradan meyit qalıqlarının eyniləşdirilməsində ciddi problemlər yarada bilər.

“Göstərilənlər və birinci Qarabağ Müharibəsində itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 3890 vətəndaşımızın sonrakı taleyinə aydınlıq gətirilməsinin zəruriliyi nəzərə alınaraq, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının müraciəti əsasında işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quruculuq işləri zamanı kütləvi və fərdi məzar yerləri aşkar ediləcəyi halda ekshumasiya işlərinin mütəxəssislər tərəfindən aparılması məqsədilə Dövlət Komissiyasının dərhal məlumatlandırılması barədə Azərbaycan Respublikasının Baş Naziri tərəfindən aidiyyəti dövlət qurumlarına müvafiq göstəriş verilib”, deyə Dövlət Komissiyasının məlumatında deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1572
avatar

Oxşar yazılar