İşçisinin hüquqlarını pozan direktor 20 min manat  CƏRİMƏLƏNDİ
12 yanvar 2024 16:05 (UTC +04:00)

İşçisinin hüquqlarını pozan direktor 20 min manat CƏRİMƏLƏNDİ

İşçinin əmək hüquqlarının pozulmasına görə daha bir hüquqi şəxs məsuliyyətə cəlb edilib.

Mingəçevir şəhər prokurorluğundan Lent.az-a verilən məlumata görə, əmək hüququnun pozulması barədə daxil olmuş vətəndaş müraciəti əsasında Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı “Baksel Tele Satış Mərkəzi” MMC-nin direktoru Səyyad İbrahimlinin əmək müqaviləsi bağlamadan Pəri Orucovanı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi müəyyən edilib.

Fakt üzrə Mingəçevir şəhər prokurorluğunda MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün məhkəməyə göndərilib.

Mingəçevir şəhər məhkəməsinin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5061
avatar

Oxşar yazılar