İşaxtaran qeydiyyatına necə alınmaq olar? - CAVAB
23 may 2025 11:19 (UTC +04:00)

İşaxtaran qeydiyyatına necə alınmaq olar? - CAVAB

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında növbəti sual işaxtaran kimi qeydiyyatdan keçməklə bağlıdır.

Kimlər işaxtaran kimi qeydiyyatdan keçə bilər? Qeydiyyat üçün hara, hansı sənədlərlə yaxınlaşmaq lazımdır?

Lent.az xəbər verir ki, 15 yaşı tamam olmuş hər bir şəxsin işaxtaran kimi qeydiyyata alınmaq hüququ var:

“Qeydiyyatdan keçmək üçün elektron qaydada və ya xidmət yerinə (DOST Mərkəzləri və ya Regional Məşğulluq filialları) getmək lazımdır.

Elektron şəkildə qeydiyyatdan keçmək üçün “Elektron hökumət" və ya “emas.sosial.gov.az” portalı vasitəsi ilə “Əmək və məşğulluq” altsisteminə keçid etmək lazımdır.

Qeydiyyat üçün şəxsiyyət vəsiqəsi vəcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin daimi yaşamaq üçün icazə vəsiqəsi lazımdır. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 504

Oxşar yazılar