Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin dekabrın 26-da texniki səbəblərdən təxirə salınmış sertifikasiya imtahanlarının yanvarın 11-dən etibarən keçirilməsi bərpa edilir.
Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, həmin tarixlərdə imtahanı təxirə salınmış şəxslərə yeni imtahan tarixləri və yenilənmiş imtahan buraxılış vərəqələri cari ilin yanvar ayının 9-da təkrar göndəriləcək.
Yanvarın 11-də keçiriləcək sertifikasiya imtahanında iştirakı nəzərdə tutulan şəxslər imtahan buraxılış vərəqəsində qeyd olunmuş ünvan və saatda sertifikasiya imtahanında iştirak üçün dəvət olunurlar.