Həftənin ilk iş günü hava necə olacaq? - PROQNOZ
01 avqust 2021 11:28 (UTC +04:00)

Həftənin ilk iş günü hava necə olacaq? - PROQNOZ

Avqustun 02-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin Lent.az-a verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-25° isti, gündüz 32-36° isti olacaq.

Bakıda gecə 23-25° isti, gündüz 34-36° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm  civə sütunu təşkil edəcək.  Nisbi rütubət  60-70 %, gündüz 35-40 % olacaq.

Abşeron çimərliklərində gözlənilən  hava şəraiti Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu: 

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, avqustun 02-də  Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında:  bəzi yerlərdə şimşək çaxacağı, arabir  yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Gündüz əsasən yağmursuz. Ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24°  isti, gündüz 32-37° isti, dağlarda gecə 8-13° isti, gündüz  15-20° isti olacaq.

# 2136
avatar

Oxşar yazılar