Hava yenidən DƏYİŞİR:  güclü külək, yağış... - XƏBƏRDARLIQ
26 iyul 2022 13:02 (UTC +04:00)

Hava yenidən DƏYİŞİR: güclü külək, yağış... - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında iyulun 28-dən 29-u səhərədək şimal-qərb küləyi 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s olacaq.

Bu barədə Lent.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Bildirilib ki, iyulun 27-dən üçüncü ongünlüyün sonunadək əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Qərb küləyi arabir 15-18 m/s, 28-də bəzi yerlərdə arabir 20-25 m/s olacaq.

Çaylarda sululuğun artacağı ehtimalı var.

# 3660
avatar

Oxşar yazılar