Lent.az-ın “Bir sual bir cavab” rubrikasında növbəti mövzu avtomobilin arxasına yazı yazdırmaqla bağlıdır.
Bəzi sürücülər avtomobillərinin arxasına müxtəlif yazılar yazır, şüşəyə böyük şəkillər vururlar.
Maraqlıdır, görəsən, avtomobilə yazı yazdırmaq hansı hallarda qadağan olur?
Məsələ ilə bağlı “Norma” hüquq mərkəzinin direktoru, hüquqşünas Şamil Paşayev aydınlıq gətirib.
Onun sözlərinə görə, avtomobilin arxa hissəsinə hər hansı bir ifadə və yaxud da söz yazdırmaqla bağlı qanunvericilikdə konkret qadağa yoxdur:
“Əgər, həmin yazılar avtomobilin ön banını bağlayarsa, bu zaman cərimə oluna bilərsiniz. Amma avtomobilin arxasına normal bir ifadənin yazılması qadağan deyil”.
Lent.az Şamil Paşayevin məsələ ilə bağlı videosunu təqdim edir: