Rusiyanın Ural bölgəsindəki mağazaların birində satılan halal kolbasa məhsulunun içərisində donuz əti tapılıb.
Lent.az xəbər verir ki, bu barədə Sverdlovsk vilayəti üzrə Rosselxoznadzor məlumat yayıb.
Baş verən hadisə insanları narahat edib. Əsasən də ölkənin müsəlman əhalisi məsələyə ciddi yanaşılmasını tələb edib.
Bildirilir ki, istehsalçılara məhsulların etiketlənməsi ilə faktiki tərkibi arasında uyğunsuzluq barədə məlumat verilib. Həmin kolbasa istehsalçılarının uyğunluq bəyannamələrinin ləğv edilməsi riski var.