Gözətçiyə balta tullayan Xalq artistini hansı cəza gözləyir? – HÜQUQŞÜNAS AÇIQLADI
24 iyul 2024 15:13 (UTC +04:00)

Gözətçiyə balta tullayan Xalq artistini hansı cəza gözləyir? – HÜQUQŞÜNAS AÇIQLADI

Xəbər verdiyimiz kimi Xalq artisti Ağadadaş Ağayev xəstəxananın həyətində gözətçi ilə arasında insident baş verib. Hadisə zamanı Xalq artisti qarşı tərəfə balta atıb. 

Maraqlıdır, görəsən, baş verən hadisə ilə bağlı Ağadadaş Ağayevi hansı cəza gözləyir?

Məsələ ilə bağlı Norma Hüquq Mərkəzinin direktoru, hüquqşünas Şamil Paşayev Lent.az-a açıqlamasında bildirib ki, baş verən hadisəyə diqqət etdikdə müğənni tərəfindən baltaya bənzər əşyanın qarşı tərəfə atılması müşahidə olunur. 

Onun sözlərinə görə, bunun nəticəsində hər hansı bir şəxsə xəsarət yetirib-yetirməməsini söyləmək çətindir:

“Daha sonra isə əlbəyaxa dava olur. Nəticədə tərəflər bir-birinə zərbələr endirir, hətta müğənni yerə yıxılır. Hadisə ilə bağlı ekspertiza keçirilməlidir. Ekspertiza nəticəsində şəxslərin aldığı zədələr müəyyən edilməlidir. Amma baş verən hadisədə ilkin olaraq deyə bilərik ki, burda xuliqanlıq cinayətlərinin tərkib əlamətlərinin olması daha çox görünür. Eyni zamanda qeyd olunan əməllər silahdan və silah qismində olan əşyalar vasitəsilə törədildikdə 2 ildən 5 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Sosial şəbəkələrdə ən çox yayılan məsələlərdən biri də Ağadadaş Ağayevin Xalq artisti olması və gələcəkdə cəza alarsa, bu statusa hər hansı bir təsirinin olub-olmaması ilə bağlıdır. Hər kəs hüquq qarşısında bərabərdir. Bir şeyi də nəzərə almaq lazımdır ki, cəza xarakterli tədbirlər həyata keçirilərkən bu ədalətli olmalıdır. Yəni cinayətin xarakterinə və ictimai təhlükəsizlik dərəcəsinə görə veriləcək cəza təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Veriləcək cəza sosial ədaləti bərpa etməlidir. Ağadadaş Ağayevin Xalq artisti olması onun məsuliyyətdən azad etmir. Amma nəzərə almaq lazımdır ki, veriləcək cəza onun şəxsiyyətinə uyğun olmalıdır. Ağadadaş Ağayevin fəxri addan məhrum edilməsi məsələsinə gəldikdə isə xüsusilə ağır cinayət törədilən zaman məhkəmə tərəfindən bu barədə cəza qəbul edilə bilər. Amma baş verən hadisə az ağır cinayət kateqoriyasına aid olduğuna görə Ağadadaş Ağayevin fəxri addan məhrum edilməsi gözlənilmir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3843
avatar

Arzu Qurbanlı

Oxşar yazılar