Gəncə sakinləri susuz qalacaq -  SƏBƏB
16 avqust 2022 15:42 (UTC +04:00)

Gəncə sakinləri susuz qalacaq - SƏBƏB

Gəncə şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.

"Azərsu"dan Lent.az-a verilən məlumata görə, məhdudiyyət magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədardır. Bildirilir ki, hazırda “Azərsu”yun briqadası və texnikası qəza yerində işləyir. Qəza aradan qaldırıldıqdan sonra suyun verilişi bərpa olunacaq.

Narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir.

# 1833
avatar

Oxşar yazılar