“Gənc Qazilər” İctimai Birliyi fəaliyyətini dayandırdı
28 may 2025 23:26 (UTC +04:00)

“Gənc Qazilər” İctimai Birliyi fəaliyyətini dayandırdı

“Gənc Qazilər” İctimai Birliyi fəaliyyətini dayandırıb. 

Lent.az xəbər verir ki, bu barədə ictimai birlik məlumat yayıb. 

Məlumatda qeyd olunur ki, “Gənc qazilər” İctimai Birliyi yarandığı gündən qazilərin sosial müdafiəsinin gücləndirilməsi, cəmiyyətə inteqrasiyası və vətənpərvərlik dəyərlərinin təbliği istiqamətində fəaliyyət göstərib: 

"Lakin son dövrlər yaranmış bir sıra obyektiv və subyektiv səbəblər, o cümlədən təşkilati fəaliyyətin davamlılığında çətinliklər, üzvlər arasında əlaqələrin zəifləməsi və ictimai gözləntilərlə uzlaşmayan durumlar nəzərə alınaraq, təşkilatın fəaliyyəti ilə bağlı geniş müzakirələr aparılıb.

Yekun nəticə olaraq, birliyin fəaliyyətinin bu mərhələdə dayandırılmasının daha məqsədəuyğun olduğu qənaətinə gəlmişik. Bu qərar heç bir fərdi münasibət və ya emosional yanaşma ilə deyil, təşkilatın ümumi mənafeyi və gələcəkdə bu sahədə daha sağlam təşəbbüslərin təşviqinə dəstək məqsədi ilə verilib.

Biz, İdarə Heyətinin üzvləri olaraq, bu birlikdə iştirak etmiş bütün üzvlərə təşəkkür edir və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq. İctimai Birlikdə təmsil olunan üzvlər bundan sonra da dövlətimizin yanında olacaq, qazilərimizin hüquq və maraqlarının bundan sonra daha şəffaf, məqsədyönlü və ədalətli platformalar üzərindən müdafiə olunacağına inanırıq".

Qeyd edək ki, ictimai birliyin sədri Hacı Vəliyev martın 31-də saxlanılıb. 

O, Cinayət Məcəlləsinin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq və özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə maddələri ilə ittiham olunur. 

Birlik dünən yaydığı bəyanatda isə hazırda həbsdə olan Hacı Vəliyevin sədr vəzifəsindən istefa verdiyini açıqlamışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1408

Oxşar yazılar

Psixoloqları gələcəkdə nə gözləyir? – Chatgpt-dən soruşduq-VİDEO

Psixoloqları gələcəkdə nə gözləyir? – Chatgpt-dən soruşduq-VİDEO

30 may 2025 , 04:35
2025-ci ildə ən çox pul qazanacaq  BÜRCLƏR

2025-ci ildə ən çox pul qazanacaq BÜRCLƏR

29 may 2025 , 18:40
Bakının bu qəsəbəsində su KƏSİLƏCƏK

Bakının bu qəsəbəsində su KƏSİLƏCƏK

29 may 2025 , 17:48
 Şirin qarpız   seçməyin YOLLARI

Şirin qarpız seçməyin YOLLARI

29 may 2025 , 17:46
Seks qalmaqalı:  məmurun mənzilində porno çəkilib

Seks qalmaqalı: məmurun mənzilində porno çəkilib

29 may 2025 , 17:04
Azərbaycanda qar uçqunu ilə bağlı XƏBƏRDARLIQ

Azərbaycanda qar uçqunu ilə bağlı XƏBƏRDARLIQ

29 may 2025 , 17:03
Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

29 may 2025 , 16:36
Küləklə bağlı XƏBƏRDARLIQ

Küləklə bağlı XƏBƏRDARLIQ

29 may 2025 , 16:14