Coalco International inkişaf şirkətinin keçmiş sahibi, milyarder Vasili Anisimov 2022-ci ilin sentyabrında Rusiya vətəndaşlığından imtina edib və o vaxtdan ölkəyə yalnız işgüzar vizası ilə daxil olub.
Lent.az bildirir ki, bu barədə “Forbes” biznesmenin özünün təqdim etdiyi sənədlərə istinadən yazır.
Hələ 1990-cı illərdə Anisimov Dominikan Respublikasının vətəndaşlığını alıb. Bundan əlavə, 2022-ci ilin dekabrında o, Böyük Britaniyadakı Qeydiyyat evinə təqdim edilən bildirişdə göstərildiyi kimi Xorvatiya pasportunun sahibi olub.