Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi təyin edildi
23 fevral 2024 11:46 (UTC +04:00)

Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi təyin edildi

Sabiq Ədliyyə naziri Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi təyin edilib.

Lent.az-ın xəbərinə görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, Konstitusiyanın 130-cu maddəsinin II hissəsinə uyğun olaraq Konstitusiya Məhkəməsinin hakimlərini Azərbaycan Respublikası prezidentinin təqdimatı ilə Milli Məclis təyin edir.

Fikrət Məmmədov 2000-ci ildən 2024-cü il fevralın 16-dək Ədliyyə naziri vəzifəsində çalışıb.

***

Bu vəzifəyə mənim namizədliyimi irəli sürdüyü üçün Prezidentə təşəkkür edirəm.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə namizədliyi irəli sürülən Fikrət Məmmədov deyib.

Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyinatı üçün and içib: “Bu gün özünün ən qüdrətli dövrünü yaşayan Azərbaycan bütün ərazilərimizdə Konstitusiyamızın hüquqi qüvvəsi bərpa olunub. Hazırda ərazilərimiz Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə sürətlə bərpa olunur, soydaşlarımızın öz doğma torpaqlarına qayıdışı sevincini yaşayırıq. Belə dövrdə Konstitusiyanın aliliyinə xidmət etmək sevinci mənə nəsib oldu”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4884
avatar

Oxşar yazılar