Fevralın 9-da Baş prokuror Saatlıda vətəndaşları qəbul edəcək
02 fevral 2024 11:05 (UTC +04:00)

Fevralın 9-da Baş prokuror Saatlıda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il fevralın 9-da, saat 10:00-da Saatlı rayon prokurorluğunun inzibati binasında Saatlı, Sabirabad, Biləsuvar və Cəbrayıl rayon sakinlərinin qəbulunu keçirəcək.

Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Saatlı rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4428
avatar

Oxşar yazılar