Evsiz qalan milyonçunun  UĞUR HEKAYƏSİ
09 avqust 2023 19:11 (UTC +04:00)

Evsiz qalan milyonçunun UĞUR HEKAYƏSİ

O, 15 yaşında pilləkəndə yatmağa məcbur olub.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 49 yaşlı Simon Squibb məktəbi yarımçıq qoysa, gənc yaşlarında evsiz qalsa da, indi multimilyonçudur.

Britanyalının dediyinə görə, o, ilk işini 15 yaşında pilləkəndə yatarkən və evsiz qalanda düşünüb. Belə çətin başlanğıca baxmayaraq, tam əminliklə demək olar ki, Simon istədiyi hər şeyə nail olub.

Onun ilk işi bağçılıq şirkəti olub. O, "Fluid" şirkətinin yarandığı Honq-Konqda 20 ilini keçirərək 70-dən çox şirkətə sərmayə qoyub.

Simon dünyanın ilk “Help2Earn” sisteminin yaradıcısıdır. Bu platforma insanlara biznesə necə başlamaq və miqyasını pulsuz öyrənməyə kömək edir, kömək edənlərə isə ödəniş edir. Simonun missiyası 10 milyon insana öz bizneslərini qurmağa və təhsil sistemini təkmilləşdirməyə kömək etməkdir”.

Bundan əlavə, iş adamı 375 min izləyicisi olan "Instagram"da öz tövsiyələrini paylaşıb. Bu yaxınlarda isə əvvəllər tərk edilmiş 4 mərtəbəli binanın sahibi olub. Multimilyonçu onu pulsuz startap ofisinə çevirmək istəyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3099
avatar

Xədicə ƏFQAN

Oxşar yazılar