“Xural” internet televiziyasının həbsdən azad edilən rəhbəri Əvəz Zeynallı müalicə üçün Ankaraya gedib.
Lent.az xəbər verir ki, o, bu barədə Facebook sosial şəbəkəsində məlumat yayıb.
Əvəz Zeynallı bildirib ki, artıq Ankaradadır: “Sabahdan müayinələr və ardınca müalicələr başlayacaq. Hələ heç nə bilmirəm. Nəticələr məlum olan kimi paylaşacam”.