Bu gündən sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqı əhali üçün 2,5 manatdan 3,5 manata (ƏDV daxil olmaqla) artırılır.
Lent.az xəbər verir ki, bu, Tarif Şurasının 26 oktyabr 2022-ci il qərarında əksini tapıb.
Qərara əsasən, şəhərlərarası telefon danışıqları üzrə tarif 5 qəpikdən 3 qəpiyə endirilir.
Qərar bu gündən qüvvəyə minib.