Əllərdə  sarımsaq qoxusu,   fincanda ləkə, telefonda cızıq: Diş məcunu ilə  həll edin
16 iyul 2025 13:52 (UTC +04:00)

Əllərdə sarımsaq qoxusu, fincanda ləkə, telefonda cızıq: Diş məcunu ilə həll edin

Diş məcunu hər kəsin şəxsi gigiyena vasitəsi kimi tanıdığı bir məhsuldur, lakin onun imkanları düşündüyünüzdən daha genişdir. Bu sadə vasitə evdə parlaqlıq yaratmaq, məişət texnikasını təmizləmək və hətta dərinin vəziyyətini yaxşılaşdırmaq üçün də istifadə oluna bilər. 

Lent.az xarici mediaya istinadən diş məcunundan qeyri-adi, lakin praktik istifadə yollarını təqdim edir.

Qab-qacaq təmizliyi

Çay və ya qəhvə ləkələri ilə dolmuş stəkanların iç səthini parlaqlaşdırmaq üçün diş məcunundan istifadə etmək kifayətdir. Sadəcə məcunu süngərə çəkin və ləkəni silin, sonra yaxalayın və qab yenidən təzə kimi görünəcək.

Ütüdə ləkələr

Ütünün altlığında yaranan ləkələri və kir qatını da məcunla təmizləmək olar. Məcunu səthə sürtün, quru parça ilə silin və buxar funksiyası ilə qalığı çıxarın.

Divarda karandaş izi

Divarlarda uşaqların buraxdığı karandaş izlərini təmizləmək üçün ağ diş məcunu ləkəyə çəkin və yumşaq parça ilə silin, divar bir neçə saniyəyə əvvəlki görünüşünə qayıdacaq.

Solğunlaşmış çəngəl və qaşıqları yenidən parıldatmaq üçün məcunu birbaşa metala sürtün və mikrofiber parça ilə cilalayın. 

Telefon ekranında cızıq

Telefon ekranında yaranan xırda cızıq izlərini gizlətmək üçün az miqdarda məcunu dairəvi hərəkətlərlə silin və sonra quru parça ilə təmizləyin. Ağımtıl idman ayaqqabılarının alt hissəsini təmizləmək üçün köhnə diş fırçasına məcun çəkin, bir qədər isladın və təmizləyin, sonra isə nəm parça ilə silin. Ayaqqabı yenidən ağ olacaq.

Dəridə səpki və dırnaqlar 

Dəridəki səpkiləri qurudaraq aradan qaldırmaq üçün məcunu birbaşa problemli nahiyəyə çəkin və bir neçə saatdan sonra yuyun, lakin bu üsuldan çox istifadə etmək tövsiyə edilmir, çünki məcun dərini çox quruda bilər.

Dırnaqları gücləndirmək və parlaq görünməsini təmin etmək üçün məcunu dairəvi hərəkətlərlə dırnaq səthinə sürtün, bir neçə dəqiqə sonra yuyun və nəmləndirici krem istifadə edin. Həşərat sancmalarından sonra yaranan qaşınmanı azaltmaq üçün həmin sahəyə az miqdarda məcun çəkin, bir neçə dəqiqəyə narahatlıq azalacaq. 

Əllərdə sarımsaq qoxusu

Balıq və ya sarımsaq doğradıqdan sonra əllərdə qalan xoşagəlməz qoxunu aradan qaldırmaq üçün əllərinizi sabun əvəzinə diş məcunu ilə yuyun və sonrasında nəmləndirici krem çəkin. Bu sadə, lakin təsirli üsullar sayəsində diş məcunu evdə universal köməkçiyə çevrilə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 570

Oxşar yazılar

Yolunuz açıq olsun:  Bu BÜRCLƏR üçün dəyişikliklər vaxtı  çatdı

Yolunuz açıq olsun: Bu BÜRCLƏR üçün dəyişikliklər vaxtı çatdı

16 iyul 2025 , 18:42
Maşında tibbi çanta  yoxdursa, cəriməsi var? - CAVAB

Maşında tibbi çanta yoxdursa, cəriməsi var? - CAVAB

16 iyul 2025 , 18:13
Sabah hava  meteohəssas insanlar üçün   əlverişsiz olacaq - XƏBƏRDARLIQ

Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq - XƏBƏRDARLIQ

16 iyul 2025 , 17:59
"Sea Breeze" yolunda YENİ QAYDALAR

"Sea Breeze" yolunda YENİ QAYDALAR

16 iyul 2025 , 16:10
Dünyanın ən bahalı pendiri:  36 min avroya satıldı

Dünyanın ən bahalı pendiri: 36 min avroya satıldı

16 iyul 2025 , 16:03
Həftə sonu  41 dərəcə isti   olacaq

Həftə sonu 41 dərəcə isti olacaq

16 iyul 2025 , 15:58
Sabah da çimərlik havası  olacaq - PROQNOZ

Sabah da çimərlik havası olacaq - PROQNOZ

16 iyul 2025 , 14:21
Küləklə  bağlı XƏBƏRDARLIQ

Küləklə bağlı XƏBƏRDARLIQ

16 iyul 2025 , 13:19