Dünyada İLK DƏFƏ: Bu ölkədə  qadınların abort hüququ   qanuniləşdirildi
04 mart 2024 23:16 (UTC +04:00)

Dünyada İLK DƏFƏ: Bu ölkədə qadınların abort hüququ qanuniləşdirildi

Fransa parlamentinin hər iki palatasının - Senat və Milli Assambleyanın deputatları respublika konstitusiyasında qadınların abort hüququnu təsbit edən düzəlişi qəbul ediblər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, müvafiq qərar səs çoxluğu ilə təsdiq edilib.

Dəyişikliklər etmək üçün ən azı 60 faiz səs tələb olunub. Nəticədə 780 deputat bu qərarın lehinə, 72 deputat isə əleyhinə səs verib.

Beləliklə, Fransa dünyada qadınların abort hüququnu qanuniləşdirən ilk ölkə olub.

# 3522
avatar

Oxşar yazılar