Diqqət:  Bakının bu rayonlarında 2 gün su olmayacaq
19 avqust 2024 08:28 (UTC +04:00)

Diqqət: Bakının bu rayonlarında 2 gün su olmayacaq

Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə bağlı Abşeron, Yasamal, Səbail, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarına, Ramanı qəsəbəsinə suyun verilməsində fasilə yaranacaq.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Lent.az-a daxil olan məlumata görə avqustun 19-u səhər başladılan təmir-bərpa işlərinin avqustun 20-si axşam saatlarında yekunlaşacağı planlaşdırılır.

Avqustun 21-dən suyun əvvəlki rejimlə verilməsi təmin olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2145
avatar

Oxşar yazılar