Oktyabrın 5-də saat 17 radələrində işğaldan azad edilən ərazidə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusunun xidmət vaxtı piyada əlehinə minaya düşməsi barədə məlumat daxil olub.
Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, 24 yaşlı S.Adgözəlov minaya düşməsi nəticəsində ayağından xəsarət alıb. O, dərhal xəstəxanaya çatdırılıb.
Araşdırma aparılır.