Daha bir marşrut xətti "BakıKart" keçdi
05 may 2023 15:10 (UTC +04:00)

Daha bir marşrut xətti "BakıKart" keçdi

Mayın 8-dən “Neftçilər” metrostansiyası – Yeni Günəşli qəsəbəsini əlaqələndirən 50 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bu barədə Lent.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib. Bununla da gündəlik bu marşrut üzrə orta hesabla 10 minə yaxın sərnişinin rahat gediş-gəlişi təmin ediləcək.

İş prosesinə uyğun olaraq, digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya ediləcək.

Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3129
avatar

Oxşar yazılar