Daha 2 marşrut xətti kartla ödənişə keçir
25 yanvar 2024 15:08 (UTC +04:00)

Daha 2 marşrut xətti kartla ödənişə keçir

Bakıda daha 2 marşrut xətti nağdsız ödənişə keçir.

Bu barədə Lent.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumata əsasən, yanvarın 27-dən NZS yaşayış massivi – Sabunçu qəsəbəsi, Ə.Əliyev küçəsi istiqamətində fəaliyyət göstərən 22 nömrəli, yanvarın 28-dən isə Sabunçu dəmiryol stansiyasını “Dərnəgül” metro stansiyası ilə əlaqələndirən 93 nömrəli şəhərdaxili müntəzəm marşrutlar nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərəcək.

Qeyd edək ki, Bakı şəhəri üzrə fəaliyyət göstərən 180 marşrutdan 102-si nağdsız ödəniş sisteminə qoşulub. 2023-cü ildə 14 marşrut üzrə fəaliyyət göstərən 375 avtobusda kart sisteminə keçid olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4938
avatar

Oxşar yazılar