COP 29 vaxtı toyların təxirə salınacağı xəbərlərinə dair RƏSMİ AÇIQLAMA
31 iyul 2024 21:50 (UTC +04:00)

COP 29 vaxtı toyların təxirə salınacağı xəbərlərinə dair RƏSMİ AÇIQLAMA

Noyabrda Bakıda keçiriləcək COP 29 ilə əlaqədar paytaxtdakı şadlıq saraylarında toyların keçirilməsinin təxirə salınması barədə yayılan məlumatlar əsassızdır.

Lent.az xəbər verir ki, bu barədə COP 29 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.

Qeyd edilib ki, son günlər ərzində bu ilin noyabr ayında Bakıda keçiriləcək COP 29 konfransı ilə bağlı Bakı şəhərində yerləşən şadlıq saraylarının fəaliyyətinin dayandırılması, habelə müvafiq dövr ərzində paytaxt Bakıda toyların keçirilməsinin təxirə salınması ilə bağlı media məkanında müxtəlif təfsirli məqalələr dərc edilməkdədir.

"Yayımlanan xəbərlər həqiqəti əks etdirmir. Bildiririk ki, Azərbaycanın ev sahibliyi edəcəyi COP29 konfransı ilə bağlı şadlıq saraylarında toy mərasimlərinin keçirilməsinə dair məhdudiyyətin tətbiq edilməsi barədə aidiyyəti qurumlar tərəfindən hər hansı göstəriş verilməmişdir. İctimaiyyəti yalnız rəsmi mənbələrə istinad edən xəbərləri nəzərə almağa çağırırıq", - COP 29 Azərbaycan Əməliyyat Şirkətindən bildirilib.

Qeyd edək ki, dünən Report agentliyi öz mənbələrinə əsasən, COP 29 tədbirləri müddətində noyabrda Bakıda toyların təxirə salınacağı barədə məlumat yaymışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11121
avatar

Oxşar yazılar