Putin: "Rusiyada hamı "virusoloq" olub"
07 aprel 2020 17:47 (UTC +04:00)

Putin: "Rusiyada hamı "virusoloq" olub"


“Ölkədə hamı "virusoloq" olub".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün koronavirus infesiyası ilə bağlı vəziyyətə və görülən profilaktik tədbirlərə dair keçirilən iclasda bildirib.

Rusiya cəmiyyətində koronavirus infeksiyası ilə bağlı səsləndirilən müxtəlif fikirlərə münasibət bildirən Prezident ölkədə hamının "virusoloq" olduğunu söyləyib.

Bununla yanaşı, V.Putin həqiqi mütəxəssislərin fikirlərinin koronavirusla bağlı mübarizədə vacib olduğunu vurğulayıb.

V. Putin koronavirus pandemiyasının pik nöqtəsinin hələ keçilmədiyini də bildirib: "Biz çox diqqətli şəkildə vəziyyəti nəzarətdə saxlayırıq, digər ölkələrin müsbət və mənfi təcrübələrini nəzərə alırıq. İndi digərlərinin səhvlərini təkrarlamamaq olduqca vacibdir".

Qeyd edək ki, Rusiyada son sutka ərzində 1154 yeni növ koronavirusa yoluxma halı qeydə alınıb. Ümumulikdə ölkə ərazisində koronavirusa yoluxanların sayı 7497 nəfərə çatıb. İndiyə kimi ölənlərin sayı isə 58 nəfərdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5088
avatar

Oxşar yazılar