Koronavirus statistikası: 2981 nəfər yoluxdu, 1226 nəfər sağaldı, 31 nəfər vəfat etdi
30 noyabr 2020 17:27 (UTC +04:00)

Koronavirus statistikası: 2981 nəfər yoluxdu, 1226 nəfər sağaldı, 31 nəfər vəfat etdi

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2981 yeni yoluxma faktı qeydə alınıb, 1226 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 121 176 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 74 902 nəfər müalicə olunaraq sağalıb, 1 392 nəfər vəfat edib, aktiv xəstə sayı 44 882 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 342 ötən müddət ərzində isə ümumilikdə 1 728 577 test aparılıb.

 

 

 

# 1648
avatar

Oxşar yazılar