DİQQƏT: Bu küçədə təmir başladı
19 may 2020 10:15 (UTC +04:00)

DİQQƏT: Bu küçədə təmir başladı

Mayın 20-dən Binəqədi rayonu, Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsində təmir-tikinti işlərinə start verilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a verilən məlumata görə, təmir işləri aparılan müddətdə sözügedən küçə ilə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

Sürücülərdən həmin küçə ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərini və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2134
avatar

Mehman Nəbiyev

Oxşar yazılar