Çirkab suları Xəzərə axıdılır-Aidiyyəti qurumlar hara baxır? - VİDEO
01 iyul 2023 14:28 (UTC +04:00)

Çirkab suları Xəzərə axıdılır-Aidiyyəti qurumlar hara baxır? - VİDEO

Yay mövsümü başlayar-başlamaz insanlar çimərliklərə axışır, sahilboyu ərazilərdə dincəlirlər.

Lent.az APA TV-yə istinadla bildirir ki, xüsusən də pulsuz çimərliklərdə. Amma əslində çimərliklərin adı pulsuzdur. Artıq neçə illərdir ki, bir çox çimərliklərə giriş pulludur. Çimərliyi hasarlayıb, qapıya da nəzarətçi qoyurlar ki, gələnlərdən pul yığsın. Bu gün üz tutduğumuz Şıxov çimərliyində də belə  bir vəziyyətlə  rastlaşdıq

Qapıda dayanan şəxsin bildirdiyinə görə, çimərlikdə istirahət edib gedənlərdən qalaq-qalaq zibil qalır. Məhz girişdə tələb olunan bir manat da guya ki, bu zibillərin yığılması istiqamətində sərf edilir.

Dayıya inansaq ərazidə zibil yeşikləri var, insanlar zibili o yeşiklərə  atmaq əvəzinə yerə atırlar. 

Amma maraqlı olan bilirsiz nədir? Ərazidə gözümüzə bir dənə  də zibil qabı dəymədi. 

Paytaxtın Şıxov, Nardaran, Pirşağı, Bilgəh  çimərliklərində də demək olar  ki, oxşar vəziyyətlər hökm sürür. Giriş pullu, zibil qabları yox, soyunub-geyinmə və əlavə tuş almaq üçün yerlər də yox səviyyəsində.  

Düzdür çoxsaylı çəkilişlərin nəticəsidir ki, çimərliklərin bəzilərində ərazi qismən təmizlənib, hətta bəzi yerlərdə sərbəst girişin qarşısını almaq üçün quraşdırılmış şlaqbaumlar da yığışdırılıb. 
Amma bu ərazilərdə kanalizasiya sularının birbaşa dəniz axıdılması kimi iyrənc prosesin qarşısı hələ də alınmayıb. 

Digər problemli məsələ isə vətəndaşların dənizdə çimərkən həyatlarına biganə yanaşmalarıdır. Onlar  çimərlikdə nəzərdə tutulmamış ərazilərdə çimməyin, çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzməyin, küləkli havada dənizə girməyin qadağan olduğunu bilə-bilə bunu edirlər.

Məsələ ilə bağlı əlaqə saxladığımız aidiyyəti qurumlardan iş  günü olmadığı üçün açıqlama ala bilməsək də Bakı Şəhər İcra Hakimiyyətindən zəngimizə  cavab verildi. Şifahi olaraq bildirildi ki, antisanitar vəziyyətin hökm sürdüyü ərazilərlə bağlı İcra hakimiyyəti Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə həmin ərazilərdə təmizlik işlərinin aparılması ilə bağlı tapşırıqlar verir. Pulsuz çimərliklər mütəmadi təmizlənir

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2085
avatar

Oxşar yazılar