Çimərliyə hansı qidaları aparmaq olmaz
13 iyul 2025 19:19 (UTC +04:00)

Çimərliyə hansı qidaları aparmaq olmaz

Çimərlik mövsümü istirahət və enerji toplamaq vaxtıdır — zəhərlənmələrlə mübarizə üçün deyil. Buna görə də bəzi qidaları çimərliyə aparmaq olmaz. 

Lent.az bu qidaları sizə təqdim edir:

Sürətlə xarab olan qidalar qətiyyən olmaz!
Ən təhlükəli məhsullar — soyuducu şəraitində saxlanması vacib olanlardır:

Ət və kolbasa məhsulları
Bişmiş kolbasa, sosiska, sardel

Paştet və ətli ruletlər
Bu məhsullar bakteriyalar üçün ideal mühitdir. Günəş altında bir neçə saat qaldıqdan sonra zəhərlənməyə səbəb olan toksinlər əmələ gəlir.

Bişmiş ət və ya toyuq
Baxmayaraq ki, bişmiş məhsullar təhlükəsiz görünür, zülal tərkibli qidalar, xüsusilə quş əti soyuducu olmadan tez xarab olur və salmonella kimi təhlükəli bakteriyaların mənbəyinə çevrilir.

Süd məhsulları (bəzilərindən başqa)
Kəsmikli şirniyyatlar, qatıq (əlavə ilə), süd və qaymaq əsaslı desertlər

Təzə süd — bağlanmış qabda belə, tez turşuyur

Kremli tortlar və şirniyyatlar: ekler, napaleon, profiterol

Krem — stafilokok və salmonella üçün ideal çoxalma mühitidir. Bir neçə saat sonra ən təzə şirniyyat belə zəhərlənmə mənbəyinə çevrilə bilər.

Sousla qarışdırılmış salatlar
“Olivye”, “şuba”, vinaqret və s.

Mayonez, xama və yumurta tərkibli salatlar
Bu qarışıqların tərkibindəki nəm və protein, bakteriyaların sürətlə çoxalmasına səbəb olur.

Bişmiş yumurtalar
Çiy yumurtadan daha təhlükəli olmasa da, istidə salmonella riski yüksəkdir, xüsusilə qabığı soyulmuş halda.

Balıq və dəniz məhsulları
Qurutma, hisə verilmiş və duzlu balıq

Bişmiş karides, midiya və digər dəniz məhsulları
Hətta “dayanıqlı” görünsə də, isti havada tez xarab olur və ciddi zəhərlənməyə səbəb ola bilər.

Təhlükəli qidaları nə ilə əvəz etmək olar?
Çimərlikdə təhlükəsiz və ləzzətli qidalanmaq üçün aşağıdakı məhsullara üstünlük verin:

Meyvə və giləmeyvələr (bərk və az şirəliləri)
Alma, armud, portağal, naringi

Yuyulmuş albalı, üzüm (az miqdarda)

Tərəvəzlər
Xiyar, çerri pomidor, yerkökü, bolqar bibəri

Təzə, yüngül və susuzluğu azaldan qidalardır.

Qurudulmuş meyvələr və qoz-fındıq
Enerji verir, uzun müddət xarab olmur.

Qurudulmuş çörək məhsulları
Çörəkçik, kraker, quru peçenye

Süd və krem tərkibli deyillər.

Su
Həmişə özünüzlə yetərincə içməli su götürün. Qapağı möhkəm bağlı olsun.

Unutmayın!
Çimərlikdə sağlam qalmaq üçün qidaları düzgün seçmək və isti havada tez xarab olan məhsullardan uzaq durmaq vacibdir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 532

Oxşar yazılar