Tam (11 illik) orta təhsil səviyyəsi üzrə aprelin 15-16-da keçirilən buraxılış imtahanlarının nəticələri elan olunub.
Bu barədə Lent.az-a Dövlət İmtahan Mərkəzindən bildirilib.
İmtahan nəticələri saat 17:50-dən etibarən Mərkəzin saytına yerləşdirilib.
Məlumata görə, tələb olunan imtahan qaydalarını pozduğu üçün 7 nəfərin nəticəsi ləğv olunub.
Bu imtahanlarda iştirakı nəzərdə tutulan 26491 nəfərdən 376 nəfər isə imtahana gəlməyib.