Tarixdə planetin ən isti yayına səbəb ola biləcək El Nino fenomeni apreldə başa çatır, temperatur aşağı düşəcək və ilin ikinci yarısında okean cərəyanlarının “soyuq” mərhələsi başlaya bilər.
Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, bunu Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand deyib.
“Bütün hesablamalara görə, modellərə görə... aprel ayından başlayaraq El-Nino dayanır. Yəni Sakit okeanın şərqində suyun temperaturu normaya düşməyə başlayacaq”, - Vilfand bildirib.
Onun sözlərinə görə, hesablamalar göstərir ki, 2024-cü ilin ikinci yarısında 60 faizdən çox ehtimalla La- Nina mərhələsi baş verəcək.